Şənbə, 18 May

"İrandan Rusiyaya silah daşınır" - KİV

image

"Xəzər dənizi vasitəsilə İrandan Rusiyaya külli miqdarda artilleriya mərmisi və digər döyüş sursatları daşınır”.

Xəbər verilir ki, bu barədə ABŞ-ın “The Wall Street Journal” nəşri yazıb.

Bildirilib ki, son 6 ayda İrandan Rusiyaya 300 mindən çox artilleriya mərmisi və bir milyon patron daşınıb: "Bu daşınmalar Rusiyanın gəmiləri vasitəsilə həyata keçirilir".

Yaxın Şərqdəki rəsmilərin məlumatına görə, İran silahlarının sonuncu partiyası martın əvvəlində Rusiyanın “Rəsul Qəmzətov” yük gəmisi ilə göndərilib. Gəmi 2000 artilleriya mərmisi olan 1000 konteyner daşıyıb.

İranın BMT-dəki nümayəndə heyəti və Rusiya Müdafiə Nazirliyinə bu barədə sorğu göndərilsə də, onlar açıqlama verməyiblər.

Nəşrin yazdığına görə, ABŞ və müttəfiqləri Rusiyanın İrandan silah tədarükünü dayandırmaq üçün yollar axtarırlar.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41